Sülh sazişinin imzalanması ən mühüm şərtdir
“Rusiya lideri təsdiq etdi ki, Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına köməklik etməyə çox şad olardı”.
BEY.AZ BEY.AZ-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı News.ru-nun “Vladimir Putin Bakıya səfərindən sonra Moskva Ermənistan-Azərbaycan nizamlanmasında öz vasitəçilik səylərini aktivləşdirməyi düşünürmü?” sualını cavablandırarkən deyib.
“Zənnimcə, aydındır ki, sülh sazişinin imzalanması Azərbaycan və Ermənistan arasında, eləcə də Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında ən mühüm şərtdir. Ölkəmiz bunun tez bir zamanda baş verməsində maraqlı olduğunu ardıcıl olaraq bəyan edib. Moskva bunun üçün praktiki baxımdan hər şeyi edib”, – deyə Zaxarova bildirib.
O qeyd edib ki, Azərbaycan və Ermənistan tərəfdaşlarına yardımı davam etdirmək niyyətini Rusiya Prezidenti Vladimir Putin Bakıya səfəri zamanı şəxsən təsdiqləyib.
Diplomat, həmçinin Putinin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə dialoqun davam etdirilməsi üçün Ermənistanın baş naziri Nikol Paşinyanla əlaqə saxlamaq niyyəti barədə dediklərini də xatırladıb. O, Qazaxıstanın bu sahədə səylərini də yüksək qiymətləndirib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |