fbpx

Sülhməramlılar Qarabağdan nə vaxt çıxır?

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“Rusiya bölgədə daha çox qalmağa və öz təsirini artırmağa çalışır. Rusiyanın 2020-ci ildə Qarabağa sülhməramlılar adı altında qoşun yeritməsi, üçtərəfli bəyanata əsasən sülhməramlılara mandat verməyə çalışması bu bölgədə möhkəmlənmək və bölgəyə nəzarət etmək istəyindən irəli gəlir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Rusiyanın bölgədə hərbi baza yaratmaq iddialarına münasibət bildirən politoloq Turab Rzayev deyib. Ekspertin sözlərinə görə, Rusiyanın təzyiqləri nəticəsində tərəflər buna razı olsalar da, nə Azərbaycan, nə də Ermənistan tərəfi bölgədə rus hərbi kontingentinin olmasını istəmirdi:

“Hazırda bölgədə real vəziyyət dəyişib. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Putinin “Valday”dakı çıxışı da buna əsaslanırdı. Antiterror əməliyyatı nəticəsində ərazilər defakto Azərbaycanın nəzarəti altına keçdi. Üçtərəfli bəyanata əsasən tərəflərdən biri müqavilənin bitməsinə altı ay qalmış sülhməramlıların çıxmasını tələb edə bilər. Ermənistan faktiki olaraq deyib ki, Qarabağ məsələsini Azərbaycan Rusiya ilə həll etsin. Artıq Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Deməli, sülhməramlılar sırf Azərbaycan ərazisində yerləşir və bu məsələ ancaq Azərbaycanla müzakirə olunmalıdır. Hesab edirəm ki, Putin həm anterror əməliyyatları, həm də digər məsələlərdə Azərbaycana qarşı çox müqavimət göstərmədiyinə görə bunun əvəzində Qarabağda olan rus sülhməramlılarının yeni bir statusu almasına çalışacaq”.


Rüya tabirlerini burdan oku

Azərbaycan dövlətinin rus sülhməramlılarının qalma müddətinin beş ili tamam olmadan çıxmasına tərəfdar olduğunu vurğulayan Turab Rzayev bildirdi ki, bunun əksinə olaraq Rusiya tərəfi onların müddətinin artırılmasına və gələcəkdə hətta mümkün olarsa, formatının dəyişdirilməsinə çalışacaq:

“Rusiya tərəfi bunu hərbi baza şəklində və ya Xankəndidə qalan erməni əsilli vətəndaşların müdafiəsi üçün də istəyə bilər. Amma istənilən halda Rusiyanın niyyəti müddətin artırılmasıdır. Daha bir məqam Rusiya hərbi varlığını Zəngəzur istiqamətində yaymaq istəməsi ilə bağlıdır. Rusiya Zəngəzur dəhlizinin açılmasını və bu yol üzərində nəzarətinin olmasını istəyir. Bununla da Putin Qarabağda müəyyən qədər hərbi varlığını saxlamış olacaqdır.

Nəticədə, Ermənistan-Azərbaycan eyni zamanda Azərbaycanla – Naxçıvan və Azərbaycanla Türkiyə arasında olan bölgədə hərbi varlığını artıraraq bölgəyə təsir imkanlarına sahib olacaq. Yəqin ki, bu məsələdə Rusiya ilə Azərbaycan arasında danışıqlar davam edəcək. Ancaq mövqelərin üst-üstə düşmədiyi və Rusiyanın əlbəttə, bölgədə daha çox qalmaq istədiyi aydın şəkildə görünür”, – deyə politoloq fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Sülhməramlılar #Qarabağdan #nə #vaxt #çıxır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu