Sülhməramlılara aid daha iki avtomobilin sərbəst keçidi təmin olunub
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus iki avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.
Metbuat.az xəbər verir ki, sülhməramlıların bir yük avtomobilinin Laçından Xankəndiyə, bir minik avtomobilinin isə əks istiqamətə keçidi təmin olunub.
Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 69-cu günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, bu gün hazırkı vaxtadək 53 avtomobilin aksiya ərazisindən sərbəst hərəkəti təmin olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sülhməramlılara #aid #daha #iki #avtomobilin #sərbəst #keçidi #təmin #olunub