fbpx

Sülhməramlılara aid növbəti təminat maşını Laçın yolundan keçib

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 24-cü gündür ki, davam edir.

Metbuat.az “Trend”ə istinadən xəbər verir ki, Şuşa-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid daha bir təminat maşını Laçından Xankəndi istiqamətinə maneəsiz keçib.

Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 15-ə çatıb. Həmin avtomobillərdən 3-ü Beynəlxalq Qızıl Xaç Komitəsinə, 12-si isə Rusiya sülhməramlılarına məxsusdur.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 24 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sülhməramlılara #aid #növbəti #təminat #maşını #Laçın #yolundan #keçib

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin