Sülhməramlılara məxsus avtomobillərin aksiya ərazisindən keçidinə şərait yaradılıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda təşkil olunan aksiya ərazisindən sərbəst hərəkət edirlər.
Metbuat.az xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndi istiqamətində hərəkət edən sülhməramlılara məxsus 7 təminat avtomobilinin aksiya ərazisindən sərbəst keçidi təmin olunub.
Bu, bir daha onu göstərir ki, aksiya heç də siyasi xarakter daşımır və Laçın-Xankəndi yolu humanitar məqsədlər üçün açıqdır.
Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sülhməramlılara #məxsus #avtomobillərin #aksiya #ərazisindən #keçidinə #şərait #yaradılıb