fbpx

Sülhməramlılara yeni komandan gətirilən Kirill kimdir?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, erməni mediası sülhməramlıların hazırkı komandiri Aleksandr Lentsovun vəzifəsindən gedəcəyini, onun yerinə isə general-mayor Kirill Kulakovun gətiriləcəyini yazır.

Metbuat.az xəbr verir ki, Kulakov 1969-cu ilin iyulun 20-də anadan olub. 1990-cı ildə Kazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib. Bundan sonra bir müddət Almaniyada, Uşaq Şərqdə və Mərkəzi Hərbi dairəsində qulluq edib.

Məlumata görə, o, 2014-2017-ci illərdə Orenburq kazak briqadasının Çelyabinski vilayətinin Çebarkulda yerləşən Suvorov, Kutuzov və Aleksandr Nevski adına Qırmızı Bayraq ordenli 7-ci Əlahiddə Mühafizə Tankının komandiri vəzifəsində çalışıb. O, həmçinin 2016-cı ildə general-mayor rütbəsinə layiq görülüb.

Rüya tabirlerini burdan oku

2017-ci ilin martından isə Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi olub. Fəaliyyəti dövründə “Rəşadətli əməyə görə”, Tatarıstan Respublikası Prezidentinin təşəkkürü, “Tatarıstan Respublikası qarşısında xidmətlərinə görə” ordenləri ilə təltif edilib.

Məlumat üçün bildirək ki, rəsmi Moskva bu məsələ ilə bağlı hər hansı açıqlama verməyib.

Qeyd edək ki, bundan əvvəl bu vəzifəyə general-leytnant Rüstəm Muradov, Mixail Kosobokov, Andrey Volkov gətirilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sülhməramlılara #yeni #komandan #gətirilən #Kirill #kimdir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu