Sülhməramlıların iki avtomobili aksiya ərazisindən sərbəst keçərək Laçına gedib
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus iki avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.
Metbuat.az xəbər verir ki, aksiya iştirakçıları sülhməramlıların iki yük avtomobilinin Xankəndidən Laçın istiqamətində hərəkətinə şərait yaradıblar.
Həmişə olduğu kimi, bu gün – ekoaksiyanın 70-ci günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sülhməramlıların #iki #avtomobili #aksiya #ərazisindən #sərbəst #keçərək #Laçına #gedib