Sülhməramlılarının bir hissəsi Qarabağdan ÇIXARILIR
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya sülhməramlı kontingentinin bir hissəsinin sonradan Ukraynaya göndərilmək üçün Qarabağdan çıxarıldığı iddia olunur.
Metbuat.az xəbər verir ki, bu barədə “Caliber”in teleqram kanalında məlumat yayılıb.
Martın 9-da səhər saatlarında çəkildiyi iddia olunan kadrlarda sülhməramlı kontingentin texnika və şəxsi heyətinin Laçın dəhlizində hərəkəti müşahidə olunur.
Sözügedən kolonun Ukraynaya göndərilmək üçün Qarabağdan çıxarıldığı bildirilir.
Həmçinin başqa bir versiyaya görə, hərbçilərin bir hissəsi Gümrüdəki 102-ci bazaya köçürüləcək, Gümrüdə olanlar isə Ukrayna ilə müharibə üçün yola düşəcəklər.
Həmin görüntüləri təqdim edirik:
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.