“Sülhməramlılarla Azərbaycan hərbçiləri arasında münasibətlər yaxşı səviyyədədir”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Üçtərəfli Bəyanatda Rusiya sülhməramlı kontingentinin dəqiq sayı və 5 il müddətində qalması ilə bağlı vaxt çərçivəsi də göstərilib. Tərəflərdən biri beş illik müddətin kifayət etdiyinə qərar versə, bu barədə altı ay əvvəl açıq şəkildə məlumat verməlidir. Hesab edirəm ki, bu, gələcək konfiqurasiyanın anlaşılması üçün çox müsbət amildir”.
Metbuat.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində vəziyyət ötən il yarım ərzində ümumiyyətlə sabit olub. Düzdür, müəyyən gərginliklər baş verib. Ancaq indi vəziyyət sabitdir. Rusiya sülhməramlıları ilə Azərbaycan hərbçiləri arasında münasibətlər yaxşı səviyyədədir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.