fbpx

Sülhün qısa zamanda əldə olunması region üçün daha yaxşıdır

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“Biz sülh gündəmini dəstəkləyirik və hesab edirik ki, iki ölkə arasında sülh müqaviləsinin tez bir zamanda yekunlaşdırılması region üçün daha yaxşıdır”.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Euronews”a müsahibəsində deyib.

O, ilk olaraq antiterror tədbirinin mahiyyətindən söz açıb və bunun məhdud xarakter daşıdığını vurğulayıb:

“Nəticədə hərbi infrastruktur böyük ölçüdə zərərsizləşdirilib. Bu gün biz qısamüddətli antiterror tədbirinin dayandırıldığını deməkdən şadıq. Onlar öz silahlı qüvvələrini ərazidə tərksilah edirlər. Azərbaycan öz niyyətini çox açıq şəkildə bildirdi ki, əgər onlar hərbi birləşmələri tərksilah etsələr və ya tərksilah etmək qərarına gəlsələr, Azərbaycan bu antiterror tədbirini dayandırmağa və Yevlağa və Azərbaycanın bəzi digər şəhərlərinə dəvət etdiyimiz Qarabağ ermənilərinin sakinlərinin nümayəndələri ilə dərhal təmaslara başlamağa hazırdır. Dünən isə Azərbaycan Prezident Administrasiyası bir daha bəyanatı ilə çıxış etdi və bizim onları reinteqrasiyaya dəvət etdiyimizi təkrarladı”.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan da Qafqazın inteqrasiya olunmuş region konsepsiyasını dəstəkləyir:

Rüya tabirlerini burdan oku

“Bu proses çərçivəsində qonşu dövlətlər də mehriban qonşuluq münasibətlərinə can atmalıdır”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Sülhün #qısa #zamanda #əldə #olunması #region #üçün #daha #yaxşıdır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu