“Sumqayıt” mövsümdə ilk dəfə xal itirdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Premyer Liqasında IV tura start verilib.
Metbuat.az-ın məlumatına görə, açılış oyunu “Dalğa Arena”da keçirilib.
Mövsümün ilk iki matçında qələbə qazanan “Sumqayıt” yenidən elitaya qayıdan “Araz-Naxçıvan”ın qonağı olub. Baş hakim Kamal Umudlunun idarə etdiyi görüşün birinci hissəsində qapılara qol vurulmayıb.
Hesabı 63-cü dəqiqədə “gənclik şəhəri” təmsilçisi açıb. Rövlan Muradov penalti zərbəsini dəqiq yerinə yetirib. Lakin Samir Abasovun yetirmələrinin üstünlüyü cəmi 9 dəqiqə çəkib. 72-ci dəqiqədə Turan Manafov cərimə zərbəsindən baxımlı qolla “status-kvo”nu bərpa edib.
Bu, həm də qarşılaşmada vurulan son qol olub. Səfərdə 1:1 hesablı heç-heçə edən “Sumqayıt” mövsümdə ilk dəfə xal itirib. Üç görüşdən sonra komandanın hesabında 7 xal var. “Araz-Naxçıvan” isə xallarının sayını 4-ə yüksəldib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sumqayıt #mövsümdə #ilk #dəfə #xal #itirdi