fbpx

Sumqayıt Ukraynaya humanitar yardım göndərir

BEY.AZ informasiya agentliyi xəbər verir


Sumqayıt Ukraynaya hər cür humanitar yardımın göstərilməsinə qoşulan Azərbaycanın ilk regional mərkəzi oldu.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski öz “Facebook” səhifəsində paylaşım edib.

O, Sumqayıt şəhər İcra Hakimiyyətinə Ukraynanın Çerkassı şəhərinə humanitar yardım göndərəcəyi üçün təşəkkür edib.

“Bu da təəccüblü deyil, çünki Sumqayıt və Çerkassını çoxillik və səmimi tərəfdaşlıq birləşdirir. Burada dostluğun, qarşılıqlı yardımın nə olduğunu bilirlər. Yaxın vaxtlarda Ukraynaya saxlama müddəti uzun olan məhsulların (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlərin göndərilməsi nəzərdə tutulur. Səmimi münasibətinə görə Sumqayıt şəhər İcra Hakimiyyəti rəhbərliyinə, müəssisələrə və şəhər sakinlərinə minnətdarlığımızı bildiririk.

Ümid edirik ki, Azərbaycanın digər şəhər və rayonları da Ukrayna üçün bu çətin zamanda ölkəmizə köməklik göstərəcəklər”, – səfir qeyd edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin