Sumqayıtda azyaşlılar dayanacaqların şüşələrini yazıblar
BEY.AZ informasiya agentliyi xəbər verir
Sumqayıtda avtobus dayanacaqlarının şüşələrinə müxtəlif işarələr yazan iki azyaşlı olub.
Daxili işlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinə şəhər sakinlərindən avtobus dayanacaqlarında şəhərin estetik görünüşünə xələl gətirən, anlaşılmayan müxtəlif işarələrin yazılması barədə müraciətlər daxil olub. Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı dayanacaqların şüşələrinə işarələr yazan şəhər sakinləri yetkinlik yaşına çatmayan U.Salmanov və E.Yusifov (ad soyad şərtidir) müəyyən edilərək valideynlərinin iştirakı ilə Polis İdarəsinə dəvət ediliblər. Onlar valideynlərinin iştirakı ilə dindirilərkən törətdikləri əməli etiraf ediblər. Polis İdarəsində qeyd edilən əməli törədən azyaşlılarla və onların valideynləri ilə profilaktik söhbətlər aparılıb və bir daha belə hərəkətlərə yol verməməyin vacibliyi onların diqqətinə çatdırılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.