fbpx

Sumqayıtda azyaşlıların baxımsız qalması ilə bağlı nənələri barəsində cinayət işi açılıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Sumqayıt şəhərində azyaşlıların qeyri-insani rəftara məruz qalması ilə bağlı cinayət işi açılıb.

Metbuat.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov açıqlayıb.

Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə Abdullayeva Ülviyyə Rəsul qızı barəsində cinayət işi başlanılıb.

Rüya tabirlerini burdan oku

Hazırda istintaq hərəkətləri davam etdirilir.

Ülviyyə Abdullayeva azyaşlıların nənəsidir.

11:19

Sumqayıtda baxımsız şəraitdə saxlanılan 3 yaşlı qız sığınacağa yerləşdirilib.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov məlumat verib.

O bildirilib ki, sosial şəbəkələrdə Sumqayıt şəhərində azyaşlının qeyri-insani rəftara məruz qalması ilə bağlı yayılan informasiyalar Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb.

Belə ki, Sumqayıt şəhəri ərazisində yaşayan Abdullayeva Ülviyyə Rəsul qızının himayəsində olan 3 yaşlı uşağı baxımsız şəraitdə saxlaması barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub. Məlumat əsasında polis əməkdaşları həmin ünvanda Ü.Abdullayevanın himayəsində olan 3 azyaşlıdan biri – 2021-ci il təvəllüdlünün bədənində müxtəlif xəsarətlər aşkar ediblər. Azyaşlı himayəsində olan nənəsi ilə birlikdə Təcili Tibbi Yardım Şöbəsinə gətirilib. İlkin müayinə zamanı azyaşlının fiziki va psixoloji cəhətdən öz yaşıdlarından geri qalması və sağ qulağında xəsarətlər aşkar edilib. Azyaşlı tibbi yardım göstərilməsi və müvəqqəti olaraq qalması üçün polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Hazırda faktla bağlı Sumqayit ŞPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib.

10:43

“İki yaşlı Əminə nənəsi tərəfindən işgəncəyə məruz qalıb. Balaca axır ki, nənənin fiziki işgəncələrindən qurtulub”.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat paylaşıb.

“Uşaq Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq sığınacağa yerləşdirilib. Körpə 1 həftə xəstəxanada nəzarətdə qalıb”, – K.Ağazadə bildirib.

Onun sözlərinə görə, həmin qadında daha 2 uşaq var. Uşaqların anası bir müddət əvvəl dünyasını dəyişib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Sumqayıtda #azyaşlıların #baxımsız #qalması #ilə #bağlı #nənələri #barəsində #cinayət #işi #açılıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu