Sumqayıtda direktor şagirdlərdən pul alıb?
Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır.
Bu barədə BEY.AZ-ın soğrusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, hazırda sözügedən məsələ Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb:
“Araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək”.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |