Sumqayıtda məktəb direktorunun şagirdlərdən pul tələb etməsi iddiası araşdırılır
Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır.
BEY.AZ xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, hazırda sözügedən məsələ Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb:
“Araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək”.
Qeyd edək ki, bu barədə məlumatı “Sumqayıt24.az” saytı valideynlərə istinadən yaymışdı.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |