fbpx

Sumqayıtda polietilen istehsalı sexində yanğın oldu



Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

BEY.AZ xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 800kv.m olan polietilen istehsalı sexində baş verdiyi və yayılma, o cümlədən yaxınlıqdakı evlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 800 kv.m. olan polietilen istehsalı sexinin içərisində 200kv.m. sahədə yığılmış polietilen tullantıları və sexin dam örtüyünün taxta atmaları 300 kv.m. sahədə yanıb.

Sexin böyük hissəsi və yaxınlıqda yerləşən fərdi yaşayış evləri yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin