fbpx

Supermarket, yoxsa bazar? – “Təəssüf ki, biz bazar mədəniyyətini itirmişik”

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Təqribən 20 il əvvəl insanlar alış-veriş, gündəlik ehtiyaclarını almaq üçün ya bazarlara, ya da kiçik mağazalara üz tutardılar. İndi isə bazarların yerini supermarketlər almağa başlayıb.

Bir çoxları vaxt qıtlığı səbəbindən supermarketlərə getməyi daha rahat hesab edir. Amma buranın da müsbət və mənfi tərəfləri var. Bazarda sövdələşmə mümkün olduğu halda, marketlərdə alıcı öncədən müəyyən edilən qiymətlərə uyğun alış-veriş edə bilər. Ümumiyyətlə, müəyyən bir vaxtdan sonra supermarketlərin bazarları əvəz edə biləcəyi iddiaları var idi.

BEY.AZ xəbər verir ki, bu məsələyə münasibət bildirən iqtisadçı ekspert Elman Sadıqovun sözlərinə görə, zaman göstərdi ki, supermarketlər kənd təsərrüfatı mallarının qiymətinin enməsində ciddi rol oynaya bilməz:


“Çünki, kənd təsərrüfatı məhsulu itkili biznesdir, spesifikdir. Digər məsələ, bazar kültürüdür. Təəssüf ki, biz bazar mədəniyyətini itirmişik. Bazarlarımız çirkab içindədir, natəmizlikdir, təşkilatçılıq zəifdir. Bazarlar öz imicini itirib. Bu səbəbdən çox adam bazarlara getmək istəmir. Kənd təsərrüfatı məhsullarının satışında tədarük zəncirini qıran, məhv edən İtaliya da bu yoldan geri döndü. Qardaş Türkiyə də ciddi çağırışlarla üzləşdi. Yəni, fermerin öz məhsulunu satma düşüncəsi onu qorxudur. O, satışda peşəkar olmadığı üçün daha çox itki ilə üzləşir. Əsas məsələ, tədarük zəncirini qurub dövriyyəni artırmaqdır. Dövriyyə artdıqca, məhsulun maya dəyəri də düşür, marja da. Nəticədə, kənddə satılan meyvə ilə şəhərdə satılan meyvənin qiymətlərində 3-5 dəfə deyil, maksimum 2 dəfə fərq olur. Yeri gəlmişkən, Özbəkistanla da bu istiqamətlərdə ciddi bir iş birliyi və sinerji qurmaq olar”.

Rüya tabirlerini burdan oku

2017-ci ildə kənd təsərrüfatı sahəsində iqtisadi idarəetmə konsepsiyasını irəli sürdüyünü vurğulayan ekspert qeyd etdi ki, konsepsiyanın əsas ana xətlərindən biri budur ki, məhsulu əkib-biçməklə iş bitmir, satışı üçün infrastruktur olmalıdır:

“Bu infrastruktur isə tədarük zəncirinin qurulmasıdır. Tədarük zənciri məsələsi 2017-ci ildə qaranlıq və nisbətən anlaşılmaz kimi görünsə də, pandemiya bizə tədarük zəncirinin əhəmiyyətini əyani olaraq göstərdi. Hollandiya 2017-ci ildə 14.5 milyard dollarlıq kənd təsərrüfatı məhsulu istehsal edib, amma həmin il 104 milyard dollarlıq kənd təsərrüfatı məhsulu ixrac edib. Kənd təsərrüfatı sahəsində tədarük zəncirini dərin anlamaq üçün bu mexanizmi düzgün tədqiq etmək şərtdir. Məsələn, Hollandiyanın ixrac etdiyi bütün gül, çiçəkləri özü istehsal etmir. Digər ölkələrdən idxal edir. Mən belə bir sistemin bizdə qurula biləcəyini iddia etmirəm. Amma öz məhsulumuzu daxili və xarici bazarlarda dayanıqlı və davamlı şəkildə satmağa imkan verən sistemi qura bilərik. Sistem dayanıqlı olduqda fermer hər il daha yüksək keyfiyyətdə daha çox məhsul istehsal etməkdə maraqlı olur. Əks halda, məsələn bu il ucuz satdığı və ya sata bilmədiyi meyvəni yetişdirməyə, ona qulluq etməyə həvəsi azalır. Nəticədə bazarda məhsul təklifi azalır, qiymət artır”.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov da düşünür ki, həm böyük supermarketlərdə, həm də bazarlarda istehlakçıların hüquqlarının qorunması məsələsində problemlər var:

Ekspert: “Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir” -  17.09.2020, Sputnik Azərbaycan

“Düzdür, malların supermarketlərdə satılması təmizlik baxımından daha məqsədəuyğundur, amma məhsullara suni qiymətlər qoyulması ilə bağlı şikayətlərin sayı da çoxdur. Supermarketlərdə ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının satışı üçün də xüsusi yerlər olmalıdı. Baxmayaraq ki, bizim fermerlərimiz belə məhsullar istehsal edirlər, biz onları supermarketlərdə təklif edə bilmirik. Bu sahədə olan problemlərdən biri də nəqliyyatla bağlıdır.

Qeyd edim ki, supermarketdən alınan malları da uzunmüddət evdə saxlamaq düzgün deyil. Supermarketlərdə malı endirimə qoyurlar, istehlakçı məhsulu götürüb kassaya yaxınlaşanda məlum olur ki, endirim götürdüyü deyil, başqa mala aiddir. Geniş yayılmış əsas problem vitrindəki qiymətlə kompüterdəki qiymətlərin eyni olmamasındadır. Bir qayda olaraq vitrində qiymət aşağı, kassada isə yuxarıdır. Bütün bunlar süni qiymət artımı deyilən anlayışdan doğur”.

Eyyub Hüseynovun sözlərinə görə, marketlərlə bağlı qaydalar tətbiq olunmalıdır ki, qayda-qanunlarla iş görsünlər. Çünki bütün bu halların nəticəsi istehlakçının hüquqlarının pozulması ilə nəticələnir.

Gülbəniz Hüseynli / BEY.AZ

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Supermarket #yoxsa #bazar #Təəssüf #biz #bazar #mədəniyyətini #itirmişik

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu