fbpx

Sürətlə yayılan “Meymun çiçəyi” virusu nədir?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Bu il Avropadan sonra “Meymun çiçəyi” virusuna ilk dəfə ABŞ-da rast gəlinib. Virus ABŞ-da bu yaxınlarda Kanadaya səfər etmiş bir kişidə aşkar edilib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, çərşənbə günü İspaniyada 23 nəfərdə “Meymun çiçəyi” xəstəliyinin əlamətləri olduğu açıqlanıb.

Portuqaliyada 15 şübhəli hadisənin araşdırıldığı qeyd edilib.

Rüya tabirlerini burdan oku

Böyük Britaniyada da iki yeni “Meymun çiçəyi” xəstəsi aşkar edilib. Bununla da ölkədə yoluxanların ümumi sayı 9-a yüksəlib.

“Meymun çiçəyi” nadir bir virusdur. Çiçək xəstəliyinə bənzəyir.

Lakin “Meymun çiçəyi” olan insanlarda xəstəlik daha yüngül keçir və mütəxəssislər bu halda yoluxma ehtimalının az olduğunu bildirirlər.

Virusa adətən Qərbi Afrika ölkələrində tropik meşələrin yaxınlığında rast gəlinir. Virusun iki əsas ştammı var: Qərbi Afrika və Mərkəzi Afrika.

Virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişlik, bel ağrısı, əzələ ağrısı və zəiflikdir.

Qızdırma azaldıqdan sonra, adətən üzdə başlayan və daha sonra bədənin digər hissələrinə, əksər hallarda ovuclara və ayaqlara yayılan səpgilər əmələ gələ bilər.

Çox qaşıntılı ola bilən səpgilər qabığa çevrilərək dəyişir və müxtəlif mərhələlərdən keçdikdən sonra azalır. Yaralar izlər buraxa bilər.

Virus “Meymun çiçəyi” olan başqa bir şəxslə yaxın təmas zamanı yayıla bilər. Virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, gözlər, burun və ya ağızdan daxil ola bilər. Cinsi əlaqə zamanı birbaşa təmas yolu ilə də ötürülə bilər.

Virus həmçinin meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar vasitəsilə və ya yataq dəsti və paltar kimi əşyalarla təmas yolu ilə də yayıla bilər.

Əksər hallarda virusa yoluxanlarda xəstəlik yüngül formada olur. Virus bəzən suçiçəyi xəstəliyinə bənzəyir və bir neçə həftə ərzində öz-özünə yox olur.

Bununla belə, “Meymun çiçəyi”nin Qərbi Afrikada ölümə səbəb olması faktı da mövcuddur.

Virus ilk dəfə meymunda aşkar edilib. 1970-ci ildən bəri 10 Afrika ölkəsində epidemiyalar baş verib.

Afrikadan kənarda ilk hal 2003-cü ildə ABŞ-da baş verən epidemiya ilə qeydə alınıb. Xəstəlik insanlara çöl itlərindən keçib. Ümumilikdə 81 yoluxma qeydə alınıb ki, bu halların heç biri ölümlə nəticələnməyib.

2017-ci ildə Nigeriya, ölkədə rəsmi olaraq qeydə alınan sonuncu meymun epidemiyasından təxminən 40 il sonra ən böyük epidemiyasını yaşadı. “Meymun çiçəyi”nə şübhəli 172 hadisə qeydə alınıb, xəstələrin 75 faizi 21-40 yaş arası kişilər olub.

2021-ci ildə isə Konqoda bu xəstəlikdən 24 nəfər dünyasını dəyişib.

“Meymun çiçəyi”nin müalicəsi yoxdur, lakin yoluxmanın qarşısını almaqla epidemiyanın qarşısını almaq olar.

Çiçək xəstəliyinə qarşı peyvəndin “Meymun çiçəyi” xəstəliyinin qarşısının alınmasında 85 faiz effektiv olduğu sübut edilib. Çiçək xəstəliyi əleyhinə peyvənddən bəzən istifadə edilə bilər.

Xəstəliyin epidemiyaya çevrilmə riskinin az olduğu bildirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu