Suriya xalqının dinc gələcək qurmaq üçün tarixi fürsəti var
Suriya xalqının sabit və dinc gələcək qurmaq üçün tarixi fürsəti var.
BEY.AZ xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş belə açıqlama verib. O bildirib ki, 14 illik amansız müharibədən və diktatura rejiminin devrilməsindən sonra Suriya xalqının yaxşı gələcək qurmaq üçün əlinə fürsət düşüb. Suriyanın gələcəyini suriyalıların müəyyən etməli olduğunu vurğulayan Quterreşin sözlərinə görə, BMT Suriyada sabitliyin bərqərar olması üçün dəstəyini davam etdirəcək. Quterreş Suriyada nizamlı siyasi keçidi təmin etmək üçün vacib siyasi addımların atılmalı olduğuna diqqət çəkib. O ayrı-seçkilik etmədən bütün suriyalıların hüquqlarını qorumağa çağırıb.
Quterreş vurğulayıb ki, konsulluq və diplomatik obyektlər və orada çalışan personal beynəlxalq hüquqa uyğun olaraq qorunmalıdır. Quterreş siyasi keçid prosesinin əhatəli olması və Suriya xalqının qanuni tələblərinə cavab verməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyac olduğunu qeyd edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |