Suriyada keçmiş hərbçilərə qarşı əməliyyat başladı
Suriyanın Hums vilayətində silahlarını təslim etməyən devrilmiş rejimin əsgərlərinə qarşı təhlükəsizlik əməliyyatına başlanılıb.
BEY.AZ xəbər verir ki, keçmiş hərbçilər barışıq çağırışlarına əməl etməyiblər. Bundan sonra, Hərbi Əməliyyatlar Komandanlığı və Daxili İşlər Nazirliyi Humsun bəzi məhəllələrində əməliyyata başlayıb. Yerli dairələr sakinlərə evlərini tərk etməmək barədə çağırış edib.
Qeyd edək ki, Baas rejiminin devrilməsindən sonra Hərbi Əməliyyatlar Komandanlığı bir çox vilayətdə barışıq mərkəzləri açaraq devrilmiş rejimin hərbçilərindən silahlarını təhvil vermələrini istəyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |