Suriyalılar artıq ölkələrinə qayıda bilər
Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq.
BEY.AZ xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə çox əhəmiyyət verir.
H.Fidanın sözlərinə görə, ölkələrini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq geri qayıda bilər.
Nazir onu da bildirib ki, Türkiyə Suriyanın yenidən inşası üçün çalışacaq: “İŞİD və PKK-nın mövcud vəziyyətdən sui- istifadə etməməsi üçün çox diqqətli olmalıyıq. Amerikalı dostlarımızla təmasları davam etdiririk. Suriya dövlət qurumları qorunmalı və müxalif güclər dərhal birləşməlidir”.
H.Fidan həmçinin bütün aktorları diqqətli və sakit hərəkət etməyə çağırıb: “Bölgədə sabitsizliyi daha çox davam etdirməmək lazımdır”.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |