Suriyalılar Dəməşqə axın edir – VİDEO
Bəşər Əsədin devrilməsindən sonra Suriyanın müxtəlif bölgələrində yaşayan insanlar Dəməşqə axın etməyə başlayıb.
BEY.AZ TRT-yə istinadən xəbər verir ki, regionlardan paytaxt Dəməşqə gedən yollarda sıxlıq yaranıb.
Suriyalılar Dəməşq daxil olmaqla bir çox şəhərlərdə Əsəd hakimiyyətinin devrilməsini qeyd ediblər.
8 dekabr tarixi Suriyada “Milli Bayram” elan edilib.
Xatırladaq ki, noyabrın sonunda Suriyada hökumət əleyhinə qüvvələrin hücumu başlayıb. Dekabrın 8-nə keçən gecə onlar paytaxt Dəməşqə daxil olublar. Bəşər Əsəd prezident postunu tərk edib və Suriyadan qaçıb. Suriyanın baş naziri Məhəmməd Qazi Əl-Cəlali müxalifətlə əməkdaşlığa və hakimiyyəti sülh yolu ilə ötürməyə hazır olduğunu bəyan edib. Əsəd və ailəsi Rusiyaya sığınıb.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |