Sürücü və 7 sərnişin yaralandı
BEY.AZ informasiya agentliyi xəbər verir
İsmayıllı rayonunda mikroavtobus ağaca çırpılıb, 7 sərnişin xəsarət alıb.
Metbuat.az-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində “Mercedes-Vito” markalı mikroavtobusun sürücüsü – Şəki rayon sakini Elton Yusifovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.
Nəticədə sürücü və mikroavtobusda olan 7 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.