Sürücülərin vurduğu benzinə su qatılırmış
Bu gün sosial şəbəkələrdə “İST PETROL” yanacaqdoldurma məntəqəsində satılan avtomobil yanacağının keyfiyyəti ilə bağlı görüntülər yayılıb. Sürücülər bildiriblər ki, yanacağa benzinlə birlikdə su qatılır. Videodan da görünür ki, bu səbəbdən bir neçə avtomobil yolda qalıb.
BEY.AZ xəbər verir ki, sözügedən görüntülərə “SOCAR PETROLEUM” QSC-nin mətbuat xidməti münasibət bildirib.
Qeyd olunub ki, bu gün “İST Petrol” MMC rəhbərliyi məsələni nəzarətə götürüb:
“SOCAR PETROLEUM” QSC olaraq bizim üçün ən vacib məsələ müştəri məmnuniyyəti olduğundan yaranmış texniki problemin (çənə su sızması) nəticəsində sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürüb. Belə ki,11.04.2024-cü il tarixdə “İST Petrol” MMC-yə məxsus Əhmədli filialındakı yanacaqdoldurma məntəqəsindən bir neçə saat ərzinda yanacaq dolduran sürücülərin problemləri qeydə alınmış və onlarıın qısa müddət ərzində aradan qaldırılacağı bildirilib”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.