“Sürücülərin üzr videosunu DİN çəkməyib”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Sürücülərin üzrxahlıq videosu Daxili işlər Nazirliyi tərəfindən çəkilməyib”.
Metbuat.az xəbər verir ki, bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Baku TV-yə müsahibəsində jurnalistin “Sürücülərin üzr videosu yayıldı. Eyni zamanda, müğənni Manaf Ağayev işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər etdi, amma onun üzr videosu yayılmadı. Bu nə dərəcədə ədalətlidir?” sualına cavabında deyib.
“Bütün hallarda bu neqativ hala yol verən şəxslərin hüquqazidd əməlləri ilə bağlı tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”, – DİN rəsmisi qeyd edib.
Xatırladaq ki, sözügedən video telekanallarda əməliyyat çəkilişi kimi yayımlanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.