fbpx

“Şuşa Bəyannaməsi” iki qardaş xalqa ümid və güc verən yol xəritəsidir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

15 iyun “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi”nin imzalanmasının ildönümüdür. İki qardaş xalqa ümid və güc verən möhtəşəm əməkdaşlıq müqaviləsi bölgənin gələcək inkişafı üçün də əhəmiyyətlidir.

Bu tarixi gün barədə Metbuat.az-a açıqlama verən Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə bildirdi ki, Azərbaycan və Türkiyə Cümhuriyyəti arasında imzalanmış “Şuşa Bəyannaməsi” nəinki Azərbaycan və Türkiyənin, ümumilikdə iki türk sivilizasiyasının tarixində ən mühüm hadisələrdən biridir.

Rüya tabirlerini burdan oku

Elnur Kəlbizadə

“Məlumdur ki, uzun dövrlər ərzində ayrı-ayrı dövlətlər bugünkü Türkiyə ərazisində yaranmış türk dövlətləri ilə Mərkəzi Asiya, Qafqaz türklüyünün əlaqələrini kəsib, məhdudlaşdırmağa çalışaraq türk xalqlarını öz milli köklərindən uzaqlaşdırmağa cəhd etmişdilər. Bu mənada “Şuşa Bəyannaməsi” bütün türk dünyası arasında qırılmaz zənciri möhkəmlədən tarixi sənəddir. Türkiyə ilə Azərbaycan arasında imzalanan “Şuşa Bəyannaməsi” həm Türkiyə Cümhuriyyətinin, həm Azərbaycan Respublikasının təhlükəsizliyi üçün böyük qarant sayılır. Bəyannamə imzalandıqdan sonra iki dövlətin birgə atdıqları addımları müşayiət edən zaman bu sənədin nə qədər mühüm və əhəmiyyətli olduğu bir daha üzə çıxır. “Şuşa Bəyannaməsi” həm də gələcəkdə imzalanacaq daha yüksək səviyyəli sənədlər üçün giriş sayılmaqla bərabər, atılacaq möhtəşəm addımlar üçün də hüquqi əsasdır. Sənədin əhəmiyyətini göstərən daha bir məqam isə iki müstəqil türk dövləti olan Azərbaycan və Türkiyənin Bəyannaməni imzalamaqla digər dövlətlərin də oxşar addımlar atması üçün yeni yol açmasına şərait yaratmasıdır”.

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauzun fikirlərinə görə, “Qars müqaviləsi” ilə başlayan, “Şuşa Bəyannaməsi” ilə iki ölkə arasında ən yüksək səviyyəyə çatan dostluğun, dünyada alternativi yoxdur. “Şuşa Bəyannaməsi”nin beynəlxalq hüquq baxımından son 200 ilin ən yüksək səviyyəli müttəfiqlik müqaviləsi olduğunu şərh edən general Y.Karauz bildirdi ki, “Şuşa Bəyannaməsi” iki xalqın eyni mənşə və köklərə söykənən dostluq və qardaşlığının nəticəsidir.

Yücel Karauz

“Qars müqaviləsi Naxçıvanın təhlükəsizliyi üçün zəmanət olduğu kimi, Şuşa Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünün qorunması naminə həyata vəsiqə qazanan beynəlxalq statuslu təminatdır. Bu qədər qısa müddətdə həm iqtisadi, həm siyasi, həm də ordu quruculuğu baxımından uğurlara imza atan Azərbaycan ordusu Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il erməni işğalı altında qalan torpaqlarını azad etdi. Azərbaycanın Ümumilli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycan iqtisadiyyatı dirçəldi, milli güc ünsürlərinin, silahlı qüvvələrin gücü artdı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni bütün bölgə üçün sülh, sabitlik və inkişaf şansı kimi qiymətləndirilir”.

Yücel Karauz “Şuşa Bəyannaməsi”nin ortaya qoyduğu mühüm hadisələrdən biri kimi, Türkiyə ordusu modeli çərçivəsində Azərbaycan silahlı qüvvələrinin komando birləşmələrinin yaradılmasını vurğuladı:

Bildiyiniz kimi, yüksək hərəkət qabiliyyəti ilə gecə-gündüz daha çox hərəkət edə bilən xüsusi təyinatlı zabit və komandoların tətbiqi, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq və müştərək istehsalatların aparılması işində irəliləyiş əldə olunub. Məsələn, “TEXNOFEST Azərbaycan” çox uğurla baş tutdu. Bu sahədə birgə istehsal, birlikdə dünya bazarlarına çıxmaq, öz ehtiyaclarını ödəmək istiqamətində çox mühüm addımlar atılıb.Təkcə hərbi fəaliyyət deyil, qardaş ölkələr arasında kosmos, hava və media sahəsində də əlaqələrin genişləndirilməsi istiqamətində addımlar atılıb. Mən düşünürəm ki, vahid milli hüquq, beynəlxalq hüquq normalarının mayasını təşkil etdiyi “Şuşa Bəyannaməsi” iki dövlət arasında 200 ilin ən yüksək səviyyəli müttəfiqlik müqaviləsidir”.

Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç Metbuat.az-a açıqlamasında bildirdi ki, müttəfiqlik sənədinin imzalanması Azərbaycan-Türkiyə bayramı kimi də qeyd edilməlidir. Səfir hesab edir ki, “Şuşa Bəyannaməsi” Türkiyə-Azərbaycan münasibətləri üçün yeni bir dönəmin başlanğıcı olmaqla bərabər, məktəblərdə dərslik kimi keçirilməlidir. Çünki “Şuşa Bəyannaməsi” iqtisadi, siyasi, hərbi, mədəni, bir sözlə bütün sahələrdə bir yol xəritəsidir.

Hulusi Kılıç

“Mustafa Kemal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözü və Ümummilli lider Heydər Əliyevin “Bir millət – iki dövlət” kəlamı ilk dəfə rəsmi bir sənəddə, yəni Şuşa Bəyannaməsində öz əksini tapmışdır. Bu da böyük önəm kəsb edir. Hesab edirəm ki, bu tarixi sənədin bir dərs vəsaiti kimi hər iki ölkənin təhsil müəssisələrində öyrənilməsi vacibdir. Şuşa Bəyannaməsi bır sıra razılaşmaların yer aldığı Konstitusiya sənədi kimidir. Çünki bu Bəyannamə 13 oktyabr 1921-ci ilin Kars müqaviləsinə, 9 fevral 1994-cü ilin Dostluq və Əməkdaşlıq Müqaviləsinə, həmçinin mənim Azərbaycanda səfir olduğum dönəmdə, 16 avqust 2010-cu ildə imzalanan Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım müqaviləsinə istinad etməkdədir. Bəyannamə siyasi, iqtisadi, hərbi, sosial, mədəni sahədə əməkdaşlığı, iki ölkənin beynəlxalq təşkilatlarda birgə addım atmasını, həmçinin türk dünyası ilə bağlı vacib məqamları nəzərdə tutur”.

Səfir qeyd etdi ki, Şuşa Bəyannaməsi bölgə üçün sülh, əminamanlıq və inkişafı hədəfləyən bir əməkdaşlığa xidmət edir. Bu sənəddə Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi dəstək qeyd olunmaqdadır.

“Eyni zamanda Bəyannamə Türkiyə-Azərbaycan münasibətlərini iqtisadi, sosial, siyasi, ümumilikdə bütün sahələrdə əks etdirməkdədir. Təbii ki, hər iki məqamda da atılacaq addımlar bölgənin, Qafqaz regionunun da təhlükəsizliyinə və inkişafına xidmət edəcək. Burada reallaşacaq hər bir layihə regionun bütün ölkələrinə, o cümlədən, əgər ağıllı addım atmaqda özündə güc taparsa, Ermənistana da dividentlər vəd edir. Eyni zamanda, Bəyannamə Türkiyə-Azərbaycan münasibətlərini iqtisadi, sosial, siyasi, ümumilikdə bütün sahələrdə əks etdirməkdədir. Təbii ki, hər iki məqamda da atılacaq addımlar bölgənin, Qafqaz regionunun da təhlükəsizliyinə və inkişafına xidmət edəcək”.

Hərbi ekspert Ədalət Verdiyev “Şuşa Bəyannaməsi”ni Azərbaycanın milli təhlükəsizlik maraqlarına zəmanət verən əhəmiyyətli beynəlxalq hüquqi sənəd kimi dəyərləndirdi.

Ədalət Verdiyev

“Türkiyənin Şuşada konsulluğunun açılması Azərbaycan üçün siyasi-iqtisadi və mənəvi əhəmiyyət daşıyır. Bu konsulluğun açılması ilə Türkiyə Azərbaycanın ərazi bütövlüyünə və təhlükəsizliyinə dəstək verdi. Bəyannamə dünyaya Şuşanın kimə məxsus olduğunu və onun iki qardaş ölkə üçün mühüm əhəmiyyətini bir daha bəyan edir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanda Türkiyə PUA-larının birgə istehsal sahələrinin yaradılması da müzakirə olunur. Hətta Qarabağda, Ağdamdakı Sənaye Parkında PUA-ların və ya ehtiyat hissələrinin istehsalı da mümkün ola bilər”.

Ekspert bildirdi ki, Bəyannamə Qarabağın gələcəyi, Zəngəzur dəhlizi, Türkiyə ordu modeli, müdafiə, təhlükəsizlik və müdafiə sənayesi kimi vacib sahələrdə birgə fəaliyyətləri nəzərdə tutur.

“ “Şuşa Bəyannaməsi” 2010-cu ildə Bakıda imzalanan “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilənin və ardınca İstanbulda imzalanan “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YSSƏŞ) yaradılmasına dair Birgə Bəyannamə”nin məntiqi davamı kimi, hər iki qardaş ölkənin strateji tərəfdaşlıq münasibətlərinidaha yüksək – müttəfiqlik səviyyəsinə yüksəltdi. Azərbaycanda keçirilən “Teknofest Azərbaycan-2022” elm və texnologiya festivalı da imzalanan Bəyannamənin şərtlərinin kağız üzərində deyil, real həyatda icra edildiyini nümayiş etdirir. Bu festival iki qardaş ölkənin vətəndaşları arasında mövcud olan münasibətlərin indikatoru da hesab edilə bilər. Bəyannamədə Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkil ediləcəyi də yer alıb. Burada ikitərəfli təlimlər, birgə təcrübə mübadiləsi, kadr hazırlığı və s. kimi fəaliyyətlər artan intensivliklə davam etdiriləcək. Bəyannamə imzalanan zaman bu hədəflər bir çoxlarına qeyri-real görünürdüsə, bir ildən sonra həm sərhədlərini təyin edilməsi, həm də kommunikasiyaların açılması istiqmətində vacib nəticələr əldə olundu. Artıq Azərbaycanın rəqibləri də anlamalıdır ki, Azərbaycanın imkanları Türkiyənin, Türkiyənin imkanları isə Azərbaycanın imkanlarıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu