fbpx

Şuşa fatehi Vüsal Kazımovun şəhadət tarixi

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Sevincdən danışmağa, şadlıq hissinin söz çalarını yaratmağa nə var ki? Yazar istəyirəm qəm yükünün sözlə təsvirini verə, bu ağırlığı göz yaşında yox, sözlərində əridə bilə…

…Ölümün söz çaları da, rəng çaları da özü kimidir-boz-qara… bu ağırlığı taleyində yaşayanlar üçünsə qapqara…Bu rəng çalarları bir şəhidlər üçün dəyişir-yaşıl, mavi, qırmızı olur, Vətən bayrağına dönərək məzarlarının üstündə əsim-əsim əsir…Ana vətənin 3 rəngli bayrağına büküldüklərinə görədir, ya nədənsə, şəhidlərdən danışanda həmişə gözlərimin önündə bu rəng çalarları canlanır, sonra bir-birinə qarışır, min rəng, min ton alır… göz yaşına qarışır…Vətən olur!

27 oktyabr Vətən olan oğullardan birinin-Lənkəran Dövlət Universitetinin şəhid məzunu, baş leytenant Vüsal Kazımovun şəhadət tarixidir. 3 il əvvəl -2020-ci ilin təlatümlü sentyabrında Azərbaycan üçün olum ya ölüm, şərəf, qeyrət məsələsinin həll olunduğu o həlledici günlərdə Vüsal Azərbaycan bayrağına bürünərək torpaqlarımızın bütövlüyü, qəsbkar erməni işğalçılarından azad edilməsi uğrunda döyüşlərə yollandı. Həmin gün 3 rəngli bayrağına bükülü şəklini sosial şəbəkələrdə də paylaşdı, simasında nikbinlik, qələbəyə inam duyulan təbəssümlə! Ölümə gülə-gülə gedirdi Vüsal! Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlaya bildi, 27 oktyabrda şəhid olsa da, nəşini bir ay sonra döyüş meydanından götürmək mümkünoldu, 29 noyabr 2020-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kəndində böyük izdihamla torpağa tapşırıldı.

… Ölümündən sonra da aktiv olan feysbuk paylaşımlarına baxanda qəribə bir hiss keçirirsən. Elə bil tanrı bu övladını elə şəhidlik üçün, şəhadət üçün seçibmiş! Paylaşımlarının demək olar ki, hamısı vətənpərvərlik, azərbaycançılıq, qəhrəmanlıq ruhundadır. Bu səhifədə torpaq uğrunda, müstəqilliyimiz uğrunda qurban gedən bütün şəhid oğullara yer ayırıb Vüsal. Mübariz İbrahimov, Pəncəli Teymurov, Polad Haşımov indi də bu səhifədən yurdumun qəhrəmanlıq salnaməsi kimi boylanır. İndi bu şəkillərə Vüsalın öz döyüş şəkilləri, haqqında yazılmış yazılar da əlavə olunub. Ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə təltif olunduğu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları qəhrəmanlıq nişanəsi kimi ev-muzeyini bəzəyir.

…Sayını itirmişəm, bilmirəm şəhid baş leytenant Vüsal Kazımov haqqında neçənci yazıdır yazıram…Amma ürəyimin ağrı yükünü azalda bilmir yazdıqlarım…Ən qəribəsi də budur ki, 2020-ci ildə Şuşa ətrafında gedən qanlı döyüşlərdə Vüsalın qəhrəmanlıqla şəhid olduğunu bilib, dəfnində iştirak etsəm də ölümünə inandıra bilmirəm özümü. Ümid qəribə hissdir, heç vaxt tükənmir, insanı ayaqda saxlayır!

…Yazdığım hər sətirdə saf gülüşü ilə yenə boylanır Vüsal. Gülümsər çöhrəsində şəhadətindən, nakam gəncliyindən bir azca da olsa təəəsüf yox…Amma nisgil var, iki ciyərparasının-Nuray və Aynurun onsuz böyümələrinə, onsuz keçirtdikləri hər ana, dəqiqəyə için-için sızlayır … Ata-anasının, ömür gün yoldaşının çəkdiyi ağrılar ruhuna bəyan olmamış olmaz …

Vüsal Kazımovu bu gün təkcə Lənkəran Dövlət Universitetinin şəhid tələbə-məzunu kimi deyil, yaxın dostum kimi anıram. Aramızdakı yaş fərqi həm həyatda, həm sosial şəbəkədəki dostluğumuza qətiyyən xələl gətirmirdi. Xatırladım ki, Lənkəran Dövlət Universtitetinin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasını fərqlənmə ilə bitirdikdən sonra universtitetin qiyabi şöbəsində İqtisadiyyat və idarəetmə fakültəsinin “Mühasibat uçotu və audit” ixtisası üzrə ikinci ali təhsil alırdı, amma bitirməyə əcəl aman vermədi…Əcəl çox şeyə imkan vermədi.Nurayın birinci sinfə getdiyini görməyə, sevincini bölüşməyə, bələkdə qoyduğu şipşirin Aynurun oxuduğu Azərbaycan himnini eşitməyə.Atası-Lənkəran Dövlət Universitetinin prorektoru Kamran Kazımovun filologiya elmlər doktoru elmi dərəcəsini, professor elmi adını almağını da görə bilmədi Vüsal. Gözəl Ayselinin bu ağrıya mətinliklə dözərək magistraturaya girdiyini, fərqlənmə ilə bitirdiyini, audiotoriyaya müəllim kimi girdiyini görə bildiamma… Çünkü daima yanında idi, ömür-gün yoldaşına güc-qüvvət verirdi, sınma, dik dayan deyirdi!

Adına böyük istirahət parkı açıldığından, burada yay- qış təzə-tər çiçəklərin açılmasından, buranın müqəddəs bir ziyaratgaha döndüyündən də xəbərsizdir Şuşa fatehi…Torpaqlarımızın tam azad olunmasını, qisasının alındığını isə atası Kamran Kazımov məzarına çiçək dəstəsi qoyanda bəyan edib oğluna, bəlkə də şəhadət dünyasından əyan olub …Bilmirəm, amma tək onu bilirəm ki, zaman nə qədər ayrılıq nəğməsi çalsa da, sevən qəlbləri ayıra bilməz, elə bu qəlblərdəki sevgini, ağrını da soyutmaq, unutmaq iqtidarında deyil!

Ruhun şad olsun, Şuşa fatehi, mənim şəhid, igid baş leytenantım!

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Şuşa #fatehi #Vüsal #Kazımovun #şəhadət #tarixi

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin