fbpx

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmi internet saytının təqdimatı keçirilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmi internet saytının təqdimatı keçirilib.

Metbuat.az xəbər verir ki, saytda müqəddəs şəhərin tarixi haqqında, görülməli yerləri, tarixi şəxsiyyətləri barəsində məlumatlar yer alıb.

Şəhərin tanınmış yerləri – Cıdır düzü, Yuxarı və Aşağı Gövhərağa məscidləri, Vaqifin muzey-məqbərəsi kompleksi, dahi Bülbülün ev-muzeyi və digər binalar haqqında məlumatlar əks olunub.

Rüya tabirlerini burdan oku

Həmçinin saytda Şuşa şəhərində baş verən ən son xəbər və yeniliklər barədə məlumatlar daim yenilənir.

Xaricdə yaşayan həmvətənlərimiz və əcnəbi vətəndaşların rahatlığı üçün saytdan istifadə 3 dildə – azərbaycan, rus və ingilis dillərində hazırlanıb.

“Əlaqə” bölməsi vasitəsilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə əlaqə saxlamaq və məktub bölməsinə yazaraq müraciət etmək mümkündür.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan tədbirin açılışını Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov edib.

Məftun Abbasov bildirib ki, İdarə yaradıldığı gündən etibarən, cənab Prezidentin müvafiq tapşırığına uyğun olaraq şəhərdə bərpa işləri ilə yanaşı, müasir infrastruktur binaların inşası davam edir. Şəhərin tarixi görünüşün qaytarılması istiqamətində müvafiq işlər görülür.

M.Abbasov 2022-ci ilin “Şuşa İli” elan olunmasını xüsusi vurğulayaraq bu il Şuşanın yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcəyi qeyd edib. Bu baxımdan, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmi www.shusha.gov.az internet saytının istifadəyə verilməsi şəhərə gələn qonaqlar və Şuşanın tarixi ilə maraqlanan şəxslər üçün faydalı olacaq.

Təqdimatın sonunda Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşlarına xidməti vəsiqələr təqdim olunub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu