Şuşa şəhərində növbəti yaşayış binalarının inşasına dair açıq tender elan olunub
BEY.AZ informasiya agentliyi xəbər verir
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə salınacaq 23 binalı yaşayış massivinin qalan 15 binasının inşası üzrə açıq tender elan edib.
Metbuat.az xəbər verir ki, idarədən verilən məlumatda bildirilib ki, tenderə tikinti sahəsində müvafiq lisenziyası və təcrübəsi, maddi-texniki bazası olan şirkətlər dəvət olunur. Üç və beşmərtəbəli olmaqla, 15 binanın şəhərin Baş planına uyğun olması və avtodayanacaqla təmin edilməsi nəzərdə tutulur.
Şirkətlər avqustun 9-dək hüquqi sənədləri, avqustun 18-dək isə təklif və təklifin təminatı sənədlərini Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yollaya bilərlər.
Xatırladaq ki, iyunun 23-də Şuşa şəhərində salınan yaşayış massivinin 8 binasının inşasına dair tenderin qalibi ictimaiyyətə elan olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.