fbpx

“Şuşa” tankerinin ilk səfəri baş tutub

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla yaradılan “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən alınan “Aframax” tipli “Şuşa” tankerinin ilk səfəri baş tutub.

Metbuat.az xəbər verir ki, ASCO-nun 100% törəmə müəssisəsi olan “ASCO Ship Management AFEZCO” şirkətinin idarə etdiyi gəmi 29 iyul tarixində Libiyanın Es Sider limanında xam neftlə yüklənib və İtaliyanın Augusta limanına doğru yola çıxıb.

“Aframax” tipli tankerin ilk səfəri uğurla tamamlanıb və təyinat limanında yük təhlükəsiz şəkildə gəmidən boşaldılıb.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən alınan “Aframax” tipli 3 tankerin hər birinin dedveyti (ümumi yükgötürmə qabiliyyəti) təxminən 115 000 tondur və onlar Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında istismar ediləcəklər.

Onu da əlavə edək ki, “Aframax” tipli tankerlərin alınması Prezident İlham Əliyevin birbaşa dəstəyi və diqqəti ilə mümkün olub. Bununla yanaşı, sözügedən nəhəng gəmilər ölkə rəhbərinin müvafiq tövsiyə və tapşırıqlarına uyğun Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edən tarixi torpaqlarımızın şərəfinə adlandırılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Şuşa #tankerinin #ilk #səfəri #baş #tutub

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu