Şuşa-Xankəndi yolundan sülhməramlılara aid daha dörd avtomobil keçib
BEY.AZ informasiya agentliyi xəbər verir
Eko-aktivistlərin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 23-cü gündür ki, davam edir.
Metbuat.az xəbər verir ki, Şuşa-Xankəndi yolundan sülhməramlılara aid daha 4 təminat avtomobili maneəsiz keçib.
Səhər saatlarından bu vaxtadək müxtəlif saatlarda ümumilikdə 20-ə yaxın avtomobilin keçidinə şərait yaradılıb.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 23 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ŞuşaXankəndi #yolundan #sülhməramlılara #aid #daha #dörd #avtomobil #keçib