Şuşada 32 ildən sonra ilk toy keçirilir
Bu gün Şuşa şəhərində son 32 ildə ilk dəfə toy keçirilir.
BEY.AZ APA-ya istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsinin veteranı 28 yaşlı Elmir Məmmədlinin İsa bulağında toy mərasimi başlayıb. Toy “İsa bulağı” istirahət kompleksində təşkil olunub.
Bəy və gəlin mərasim keçirilən zala gəlməzdən öncə Şuşa şəhərini ziyarət ediblər. Sonra onları müşayiət edən maşın karvanı “İsa bulağı”na gəlib, təntənəli toy mərasimi başlayıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |