Təəccübləndim, Hökümə elə yazan deyildi…
“Hökümə ciddi bir qadın idi”.
BEY.AZ xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında təyyarə qəzasında həlak olan Hökümə Əliyevanın xalası qızı Aysel Abdullayeva deyib.
O, bir neçə gün əvvəl “WhatsApp”da Hökümə ilə danışdığını bildirib.
“Qızımla şəkil paylaşmışdım, Hökümə ora ürək reaksiyası göstərərək, “ikiniz də çox gözəlsiniz” deyə mesaj yazdı. O, elə şeylər yazan deyildi. Xaraktercə çox ciddi qız idi. Xalama dedim ki, Hökümə məni təəccübləndirdi, nə yaxşı belə reaksiya verib? O da cavab verdi ki, “WhatsApp” statuslarına elə də fikir verən deyil, bilmirəm niyə elə yazıb…
Hökumə iki il əvvəl ailə qurub, övladı yoxdur. Dünən axşama qədər sağ olduğunu düşünürdük, axşam qardaşından DNT analizi götürdülər və məlum oldu ki, Hökümə həlak olub”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |