fbpx

Tədris mərkəzindən 77 tələbə qovuldu, rəhbərlik işdən çıxarıldı



Göyçay Peşə Liseyindən bir sıra tələbə dərslərdə davamlı iştirak etmədiyi üçün liseydən xaric edilib.

BEY.AZ xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, 2024-cü ilin 4-7 iyun tarixlərində agentlik Göyçay Peşə Liseyində tədrisin təşkili vəziyyətinə, tələbələrin dərslərə davamiyyətinə baxış keçirib.

“Monitorinq zamanı tələbələrin davamiyyəti yoxlanılarkən 77 nəfər tələbənin uzun müddət heç bir səbəb göstərmədən dərslərdə iştirak etmədiyi məlum olub. Araşdırmanın nəticəsi olaraq, həmin tələbələrin dövlət buraxılışı imtahanı nəticələri ləğv edilərək liseydən xaric ediliblər”.

Qeyd edək ki, liseyin direktor vəzifəsini icra edən direktor müavini Günel Əhmədova və baş mühasibi Laçın Vəliyevin əmək müqaviləsinə xitam verilib






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin