fbpx

Təxribatlara rəğmən, COP29-da uğurlu nəticələr əldə edilir

Rüya Yorumları burda


Bakıda keçirilən COP29 sessiyası dünya miqyasında böyük əks-səda yarada bilib. Buna əsas səbəblərdən biri qlobal təsisatlar tərəfindən konfransa göstərilən diqqətdir. İqlim dəyişiklikləri ilə bağlı müzakirələrin ön planda olsa da, tədbir həm də siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik məsələlərini gündəmə gətirir.

Azərbaycan Prezidenti İlham Əliyevin sessiyanın açılış mərasimində səsləndirdiyi yeni ideyalar və təkliflər beynəlxalq ictimaiyyətdə geniş diskussiyalara yol açıb. Azərbaycana qarşı yönələn təxribatlara və əks-təbliğata baxmayaraq, ölkəmiz beynəlxalq aləmdə mövqeyini gücləndirərək COP29-da mühüm qərarlarının qəbul edilməsinə töhfə vermişdir.

Tanınmış media eksperti Müşfiq Ələsgərli BEY.AZ-a açıqlamasında Prezident İlham Əliyevin Liderlər Sammitinin açılış mərasimindəki çıxışına diqqət çəkib. O bildirib ki, Prezident İlham Əliyev çıxışında Cənubi Qafqaz, xüsusilə regionun lider dövləti olan Azərbaycanı Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu məkan kimi təqdim edir.

“Yeni dünya düzəninə, siyasi münasibətlər sisteminə uyğun olaraq bu regionu Qlobal Cənub və Qlobal Şimal qütbləşməsi arasında ümumi anlaşmaya nail olmaq üçün əlverişli məkan kimi təqdim edir. İdeya irəli sürülür ki, Azərbaycan və onun yerləşdiyi region müxtəlif rakurslu beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri sala bilər. Bu, qlobal güc mərkəzlərinə təqdim olunmuş yeni moduldur və ən müxtəlif kontekstlərdə müzakirələrə yol açır. Beləliklə, həm COP29 sessiyası, həm də Azərbaycanın bu sessiya üzərindən təqdim etdiyi yeni ideyalar beynəlxalq ictimaiyyətin diqqətini çəkir, həssaslıqla izlənilir. Bu sırada Prezident İlham Əliyevin bərpaolunan enerji və Azərbaycanın bu sahədə potensialı, Xəzər və Qara dəniz üzərində qurulması layihələndirilən enerji dəhlizləri barədə verdiyi məlumatlar da xüsusi diqqət çəkərək beynəlxalq medianın xəbər gündəminə çevrilib”.

Müşfiq Ələsgərli qeyd edib ki, Prezidentin təklif və ideyaları həm Azərbaycan, həm Cənubi Qafqaz, həm də ümumilikdə bəşəriyyət üçün faydalı olsa da, region üzərində fərqli planlar quran mərkəzləri, xaos, dağıntı, zorakılıq siyasəti yürüdən qüvvələri qıcıqlandırır:

Rüya tabirlerini burdan oku

“Onlar COP29-u, konfrans çərçivəsində səslənən ideyaları gözdən salmaq üçün təxribatlar hazırlayırlar. Dövlətimizin başçısının da vurğuladığı kimi, “Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri”, riyakar siyasətçiləri ölkəmiz haqqında dezinformasiyalar yayaraq, tərəqqipərvər layihələri pozmağa çalışırlar. Bu baxımdan biz hər gün qlobal media subyektlərinin səhifələrində həm COP29-u təqdir edən, həm də onun əleyhinə çıxan məqalələr görürük. Amma nəticələr göstərir ki, Azərbaycan öz işini peşəkar səviyyədə qurub, öz ideyalarını, həmçinin COP29-un mahiyyətini dünyaya lazımi səviyyədə çatdıra bilir, əks çıxan qüvvələrin də müqavimətini qırmağı bacarır”.

Media eksperti fikirlərini rəqəmlərlə əsaslandırıb. O, bütün bunların təsadüf olmadığını xüsusilə vurğulayıb:

“Bütün əks-təbliğata rəğmən, COP29-a 196 ölkədən gəlmiş 72 min iştirakçı var. Səksən ölkədən prezident, vitse-prezident və Baş nazirlərin qatıldığı bu konfransda bəşəriyyətin xilasına yönəlik müzakirələr aparılır, uğurlu nəticələr əldə edilir”, – deyə Müşfiq Ələsgərli fikirlərini yekunlaşdırıb.








ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu