Təyyarə qəzasına görə bu ölkədə matəm elan edildi
AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Aktau yaxınlığında qəzaya uğraçması ilə bağlı Çeçenistanda matəm elan edilib.
BEY.AZ xəbər verir ki, Rusiya mətbuatı bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırovun sərəncamına istinadən məlumat yayıb.
Çeçenistan rəhbərliyi dekabrın 28-ni matəm günü elan edib.
Qeyd edək ki, qəzanın səbəbi kimi ilkin versiya olaraq Rusiya raketi göstərilib. Lakin Moskva bu iddianı təsdiqləmək üçün araşdırma nəticələrinin gözlənildiyini bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |