Təyyarəmizi yönləndirən dispetçer dindirildi – FOTO
Adı hazırkı FTX-nin sələfi olan təşkilatlara birbaşa aid edilən “VÇK-OQPU” (Ümumrusiya Fövqəladə Komissiyası – Birləşmiş Dövlət Siyasi İdarəsi) Teleqram kanalı AZAL-ın təyyarə qəzasının yeni təfərrüatını əldə edib.
BEY.AZ axar.az-a istinadən xəbər verir ki, bu barədə “Kalibr.az” məlumat yayıb.
Qeyd olunur ki, faciə zamanı təyyarəni istiqamətləndirən dispetçer “Terek” (indiki “Axmat/Əhməd”) futbol klubunun keçmiş futbolçusu Əli İdrisov olub. O, dünən axşam dindirilib.
İdrisov iddia edir ki, o, təyyarə enişi zamanı hava hücumundan müdafiə sisteminin işindən xəbəri olmayıb və “Xalça planı” barədə fövqəladə vəziyyətdən 5 dəqiqə sonra məlumat alıb. Dünən axşam saatlarında Rusiya İstintaq Komitəsinin müstəntiqləri Qroznıda Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyasının yerli bölməsinin əməkdaşlarını dindiriblər.
Qroznı səmasında baş vermiş hava insidentinə dair ifadəni (hələ şahid statusundadır) Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin uğursuz enişini koordinasiya edən dispetçer Əli İdrisov verib. Daha bir maraqlı fakt odur ki, Əli İdrisov dispetçer olmamışdan əvvəl peşəkar futbolçu olub və “Terek Qroznı”da (indiki “Axmat”) çıxış edib. Sonra o, idman ayaqqabısını bir kənara qoyaraq, 2016-cı ildə Regionlararası İnşaatçılar Birliyində hüquqşünas kimi işə düzəlib. Daha sonra, bir neçə il əvvəl 33 yaşlı Əli İdrisov dispetçer olub.
İddialara görə, o, son ana qədər qəzanı quş dəstəsi ilə toqquşma kimi qiymətləndirib. Əli İdrisovun sözlərinə görə, o, “Xalça planı”ndan 22-ci dəqiqədə (08:21 radələrində), yəni təyyarə ekipajının yanlış olaraq quş dəstəsi ilə toqquşduğunu zənn etməsi və bu barədə məlumat verdikdən beş dəqiqə sonra öyrənib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |