fbpx

Təzyiq düşəndə ilkin yardım – Yalnız bunu edin

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Hipotoniya, yəni aşağı qan təzyiqi hipertoniya ilə eyni təhlükəli vəziyyətdir. Arterial təzyiqin 90/60-dan aşağı düşməsi hipotoniya hesab olunur.

BEY.AZ saglamolun.az-a istinadən xəbər verir ki, rusiyalı kardioloq və terapevt Valeriya Txorikova bu vəziyyətin nə qədər təhlükəli olduğu və niyə yarandığı barədə danışıb.

Mütəxəssisin fikrincə, hipotoniya huşunu itirmə, sürətli nəbz və tənəffüs, mavi rəngə malik soyuq dəri ilə müşayiət oluna bilər.

Txorikova izah edib ki, təzyiqi düşən xəstəni üfüqi vəziyyətdə qoymaq və ayaqlarını qaldırmaq lazımdır. Bundan başqa, təmiz hava axınını təmin etmək və təcili yardım çağırmaq gərəkdir.

Mütəxəssis bu xəstələrə daha çox duz və maye qəbul etmək, şaquli vəziyyətə kəskin keçiddən qaçmaq, istidə uzun müddət qalmamağı tövsiyə edib.

Rüya tabirlerini burdan oku

“Təzyiqiniz aşağı düşübsə, iki stəkan su içmək, ayaqlarınızı qaldırıb uzanmaq, duzlu bir şey yemək və ya tərkibində kofein olan içki – çay, qəhvə və ya kola içmək lazımdır”, – deyə Txorikova yekunlaşdırıb.

Həkim bildirib ki, qan təzyiqini nəzarət altında saxlamaq lazımdır.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Təzyiq #düşəndə #ilkin #yardım #Yalnız #bunu #edin

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu