TƏBİB-ə yeni şöbə müdiri təyin edilib
BEY.AZ informasiya agentliyi xəbər verir
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdir təyin olunub.
Metbuat.az xəbər verir ki, bununla bağlı TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifə Zamirə Ədilovaya həvalə olunub.
O, 14 fevral tarixindən etibarən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, Z.Ədilova 2008-2019-cu illərdə indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində redaktor, ictimaiyyətlə əlaqələr (PR) üzrə menecer işləyib. 2019-2021-ci illərdə SOCAR-ın Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.