fbpx

TƏBİB-in tibb müəssisələrinə yeni direktorlar təyin olundu

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


TƏBİB-in tabeli tibb müəssisələrinə yeni direktorlar təyin olunub.

Metbuat.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin ediliblər.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Pərviz Rüstəmbəyov, Tibbi Reabilitasiya Mərkəzinə Rüfət Cabbarlı, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına isə Murad Bayramov təyin ediliblər.

Rüya tabirlerini burdan oku

Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təyinat alan Pərviz Rüstəmbəyov Azərbaycan Dövlət Tibb Universitetini bitirib, ixtisasca cərrahdır. O, bu təyinatadək TƏBİB-in İxtisaslı tibbi yardım departamentində fəaliyyət göstərib.

Tibbi Reabilitasiya Mərkəzinin direktoru Rüfət Cabbarlı Süleyman Dəmirəl Universitetində fizioterapiya ixtisası üzrə, Anadolu Universitetində isə səhiyyə qurumlarının idarəedilməsi üzrə bakalavr təhsili alıb. Eyni zamanda Üsküdar Universitetini Sinir elmləri üzrə magistr dərəcəsi ilə bitirib, Atlas Universitetində isə fizoterapiya və tibbi reabiltasiya ixtisası üzrə magistr təhsil alır. Bir çox özəl tibb müəssisələrində, bu təyinatadək isə N.Tusi adına Memorial Klinik Xəstəxanasında Fizioterapiya və tibbi reabilitasiya şöbəsinin müdiri kimi çalışıb.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru Murad Bayramov Azərbaycan Dövlət Tibb Universitetini bitirib, ixtisasca oftalmoloqdur. Uzun müddət Beyləqan Rayon Mərkəzi Xəstəxanasında çalışıb, bu təyinatadək sözügedən xəstəxanada direktorun müavini, baş həkim kimi fəaliyyət göstərib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#TƏBİBin #tibb #müəssisələrinə #yeni #direktorlar #təyin #olundu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu