TƏBİB jurnalistlə bağlı açıqlama yayıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Jurnalist Səbuhi Məmmədlinin müalicəsi A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində davam edir. Nəzərdə tutulan əməliyyatı üçün bu gün zəruri müayinə və analizlərdən keçib. Sağlamlıq vəziyyəti imkan verdiyi təqdirdə sabah əməliyyat olunması planlaşdırılır.
Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova məlumat yayıb.
O bildirib ki, S.Məmmədlinin səhhəti istər TƏBİB rəhbərliyinin, istərsə də indiyədək müalicə aldığı tibb müəssisələrinin administrativ və tibbi heyətinin diqqətində olub: “İndiyədək TƏBİB-in tabeliyindəki tibb müəssisələrində qeydə alınan xəstəlikləri üzrə müalicə kursu keçib. Respublika Klinik Xəstəxanasında, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Nərimanov Tibb Mərkəzində, M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müalicələr alıb. Təəssüf ki, onda şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb. Eləcə də xroniki böyrək çatışmazlığı xəstəliyi səbəbilə davamlı olaraq dializlə təmin edilir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.