Təhlükəsizlik Şurasını sirkə çevirmisiz – Ukrayna ilə bağlı iclasda gərginlik
BEY.AZ informasiya agentliyi xəbər verir
BMT Təhlükəsizlik Şurası Ukrayna məsələsi ilə bağlı iclas keçirib.
Metbuat.az xəbər verir ki, iclas ABŞ-ın tələbi ilə çağırılıb. ABŞ-ın Dövlət katibi Entoni Blinken Rusiyanın Ukraynaya hücum edəcəyi barədə kəşfiyyat məlumatlarının olduğunu deyərək, Moskvanı məsələni diplomatik yollarla həll etməyə çağırıb. Rusiyanı toplantıda təmsil edən Xarici İşlər nazirinin köməkçisi Sergey Verşin isə iddiaları rədd edib.
“Qərb ölkələrinin əsassız iddiaları səbəbilə BMT Təhlükəsizlik Şurası sirkə çevrilir və utancverici vəziyyətə salınır” – deyə diplomat bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.