fbpx

Təhsil naziri məktəblilərin qəzasına münasibət bildirib

BEY.AZ informasiya agentliyi xəbər verir

“İki tədbiri bir-birindən ayırd etməliyik. Biri dövlət qurumu tərəfindən keçirilən, biri də valideyn qruplarının təşkil etdikləri tədbirlərdir”.

Metbuat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev şagirdlərin qəzaya düşməsinə münasibət bildirərkən deyib.

“Məsələn, biz Şuşaya səfər təşkil etmişdik. Təxminən 300-ə yaxın şagird getmişdi. Burada biz aidiyyəti qurumlarla əməkdaşlıq etmişdik. Hansısa valideynlər öz övladları ilə harasa getmək istəyirsə, bu halda tövsiyə edərdim ki, ehtiyatlı olsunlar”, – o vurğulayıb.

Nazir söyləyib ki, dövlət qurumlarının təşkil etdiyi tədbirlər zamanı müvafiq tədbirlər görülür. E.Əmrullayev bildirib ki, daim səhiyyə qurumları ilə, polislə əməkdaşlıq edilir: “Təşəkkür edirəm ki, bu istiqamətdə bizə dəstək olurlar. Amma ayrı-ayrı valideyn qruplarının belə tədbirlər təşkil etməsinə nəzarət bir o qədər asan məsələ deyil. Çünki Azərbaycan azad ölkədir və istənilən valideyn qrupu öz övladları ilə harasa gedə bilərlər. Bu zaman qəzaların baş verməsi nə qədər xoşagəlməz olsa da, heç kim bundan sığortalanmayıb. Məktəb rəhbərliyi tərəfindən kütləvi tədbirlər təşkil olunarsa, mütləq qaydada dövlət strukturlarından, Təhsil Nazirliyindən dəstək almaq imkanları var”.

Təhsil nazirinin sözlərinə görə, hazırda məsələ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir: “Biz istənilən halda, həmişə uşaqların yanındayıq və istəyirik ki, hansısa mürəkkəbləşmə olmasın. Qəza nəticəsində xəsarət alan uşaqlar var. Onların müalicəsi davam etdirilir. Şükür ki, daha ciddi fəsadlar olmayıb. Gələcəkdə inanırıq ki, bu məsələni təşkil edənlər diqqətli olacaqlar. İstəməzdik ki, belə hallar olsun, amma Azərbaycanda yol qəzaları olur”.

Qeyd edək ki, iyunun 12-də Qəbələdən Bakıya hərəkət edən sərnişin avtobusu Şamaxının “Acı dərə” deyilən ərazsində qəzaya düşüb. Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin