fbpx

Təhsil naziri MİQ qaydalarına dəyişikliyə münasibət bildirib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə bağlı yeni Qaydalar peşəkarlığın qiymətləndirilməsi və prosesin idarə edilməsində bir sıra üstünlüklər qazandırır”.

Metbuat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” hesabında yazıb.

Nazir qeyd edib ki, müəllim və müdavimlərin təklifləri əsasında təkmilləşdirilmiş Qaydalar müsabiqənin bilik və səriştəyə yönəlmiş alətlərlə təşkil edilməsi ilə yanaşı, sosial əhəmiyyətli vacib məqamları da ehtiva edir:

Rüya tabirlerini burdan oku

“Xüsusilə şəhid ailəsi üzvü olan namizədlərə şamil olunacaq müddəalar onların rifahı və işlə təmin olunması baxımından xeyli asanlıqlar gətirir.

Təhsil Nazirliyi olaraq təhsil iştirakçılarının maraqlarının həyata keçirilməsi, şəffaflıq və sağlam rəqabətlilik tətbiq olunmaqla keyfiyyətin artırılması istiqamətində işlərimizi davam etdiririk. İnanırıq ki, bu dəyişikliklər ümumi təhsil müəssisələrində müəllim seçiminin ədalətli aparılmasında xüsusi rol oynayacaq.

2022-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayıram!”, – deyə nazir yazıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu