Təhsil Nazirliyi MƏLUMAT YAYDI: Dərs günləri belə olacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu həftənin şənbə günü bəzi məktəblərdə iş (dərs) olmayacaq.
Metbuat.az xəbər verir ki, bu haqda Təhsil Nazirliyi məlumat yayıb.
“28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq, beşgünlük iş rejimində çalışan məktəbəqədər və ümumi təhsil müəssisələrində mayın 27-si həftənin son iş (dərs) günüdür. Bayramdan sonrakı ilk iş (dərs) günü mayın 31-dir.
Altıgünlük iş rejimində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrində də mayın 27-si həftənin son iş (dərs) günüdür. Bayramdan sonrakı ilk iş (dərs) günü isə mayın 30-u müəyyən olunub”, – məlumatda deyilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.