fbpx

“Tək qalmaqdansa, nikahdankənar uşaq dünyaya gətirmək yaxşıdır”

BEY.AZ informasiya agentliyi xəbər verir


“İstər sənət adamı, istər siravi vətəndaş ailə qurmayıbsda, ya qurub uğursuz alınıbsa, talehi gətirməyib və müəyyən yaş dövrünə gəlib çatıb. Hər bir qadının arzusu ana olmaqdır. Heç kimin ailəsini dağıtmadan, özü üçün uşaq dünyaya gətirirsə bunun nəyi pisdir? Yaşlananda, ayağım ağrıyıb gedib bir çörək ala bilməyəndə, həkimə gedə bilməyəndə bu qınayanlar gəlib mənə kömək edəcək?”.

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova “Tarixin bir günü” proqramında deyib. Xanəndə qardaşı qızını övladlığa götürməsindən danışıb:

“Onu gizlətmirəm, kimdənsə uşaq dünyaya gətirməmişəm. Öz anasına “mama”, mənə ana deyir. İxtiyarım yoxdur onu anasından ayırım. Hər gəlin də bunu qəbul etməzdi. Üç yaşı var, məndən çox öz anası ilə vaxt keçirir. Nə qədər gec deyil, 40 yaşına çatmamısınızsa, gedin klinikalara süni mayalanma ilə ana olun”.

Aparıcı Tarix Əliyevin (Tolik) “Nigar Şabanova məsləhət görür ki, bu gün ailə qura bilmirsənsə, gedib nikahsız uşaq dünyaya gətir” sözlərinə “Tək qalmaqdansa nikahdankənar uşaq dünyaya gətirmək yaxşıdır. Heç bir qadına tək qalmağı arzu etmirəm. Təklik pis şeydir. Heç birimiz pak deyilik ki, kiminsə həyatını müzakirə edək. Kim nə edirsə yaxşı edir” deyə, Nigar cavab verib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin