fbpx

“Təkcə satan cəzalanmalı deyil” – Eşşək ətinə tamah salan kimlərdir?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Tez-tez mediada at, eşşək, hətta ölü heyvan ətinin satışı ilə məşğul olan şəxslərin yaxalanması xəbərlərini görürük. Bu ətlər dönərxanalara və kolbasa sexlərinə, ət satış məntəqələrinə satılır və bizim qidamıza çevrilir. Bəs, bu halların qurbanına çevrilməmək üçün nələri bilməliyik?

Metbuat.az bildirir ki, mal ətini at və eşşək ətindən ayıran əsas cəhət daha qırmızı olmasıdır.

Həmçinin, at və eşşək kimi heyvanların əti daha bərk olur və çətin çeynənir. Bu heyvanların ətindəki yağ təbəqəsi də daha qalın olur və sarı rəngdə olur. Mal ətində isə yağın rəngi ağ olur.

Rüya tabirlerini burdan oku

Bu problemlə bağlı qida texnoloqu Ağa Salamovun fikirlərini öyrəndik. Ekspert deyir ki, Azərbaycanda at da, eşşək də, dəvə də var, lakin bu o demək deyil ki, siz onu kəsib yeməlisiniz:

“Bu bizim mentalitetimizə də uyğun deyil. Hansısa ölkələrdə var, onlarda həmin heyvanların ov mədəniyyəti də formalaşıb, amma bizdə yoxdur axı. Kim istəyirsə, özü kəsib yesin. Amma ölkədə bu heyvanlar üçün xüsusi bir ferma yoxdur ki, at burada yetişdirilsin və kəsim üçün kökəldilsin.

O bildirib ki, bu heyvanlar bizdə yük daşıma üçün istifadə edilir, onların da əzələləri daha çox inkişaf etmiş olur deyə, ətləri yararsız olur:

“Ya da rəsmi olaraq fermalar açılsın, buna dövlət nəzarəti, baytar və AQTA-nın nəzarəti olsun. Bu formada at ətini satsınlar.

Odur ki, təkcə at əti satışı ilə məşğul olanlar cəzalandırılmalı deyil, aşkarlanmalıdır ki, bunun mənbəyi haradır? Onu tapmaq lazımdır. Niyə kolbasa sexləri, dönərxanalar leş ətləri, at-eşşək ətlərini qəbul edirlər? Bunlar müəyyənləşdirilməlidir. Birincisi bu, istehlakçıların zəhərlənməsinə səbəb ola bilər. Çünki bu ət hansı şəraitdə saxlanılıb, daşınıb, məlum deyil. İkincisi, bu, istehlakçı hüquqlarının pozulmasıdır”.

Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Təkcə #satan #cəzalanmalı #deyil #Eşşək #ətinə #tamah #salan #kimlərdir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu