fbpx

“Təklif etdiyim ilkin layihədə postament var idi, amma…”

Rüya Yorumları burda

BEY MEDIA İnformasiya agenti xəbər verir


“Gecə mənə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov zəng vurdu. O, səhərə qədər abidəni bərpa etməyi və vurulan bütün zərərləri aradan qaldırmağımı xahiş etdi”.

Metbuat.az xəbər verir ki, Azərbaycanın Xalq rəssamı, heykəltəraş, abidənin müəllifi Xanlar Əhmədov Media.az-a danışıb. Xalq artisti üç saata abidəni bərpa etdiyini bildirib.

“Gecə mənə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov zəng vurdu. O, səhərə qədər abidəni bərpa etməyi və vurulan bütün zərərləri aradan qaldırmağımı xahiş etdi. Gecə saat ikidə mən artıq orada idim və yalnız saat 05:00-da işi bitirdim. Allaha şükürlər olsun ki, cinayətkarlar sındırıb yerə atdıqları təsbehi oğurlamayıblar. Əks halda, yenisini hazırlamağa ən azı 10 gün lazım olardı”.

Rüya tabirlerini burdan oku

Yeri gəlmişkən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, artıq şübhəli bilinən şəxslər Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və hazırda araşdırmalar davam etdirilir.

Xanlar Əhmədov belə bir hadisədən sonra abidəyə postamentin qoyulmasına dəyib-dəyməməsi ilə bağlı sualı cavablandırarkən deyib ki, bu, orijinal variantda olub.

“Belə məsələləri həll etməyə haqqım çatmır, amma təklif etdiyim ilkin layihədə postament var idi, amma təsdiqlənməyib. Mənə dedilər ki, Tağıyev millətin atasıdır, xalqın yanında olmalıdır. İndi abidənin bağlanmasına nə qədər ehtiyac var, bilmirəm, bir daha deyirəm ki, mən belə qərarlar qəbul etmirəm”, – deyə Xalq artisti qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə ucaldılan abidə tuncdan hazırlanıb. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti 2019-cu ildə heykəltəraşlıq əsərlərinin istehsalı üzrə açıq müsabiqə elan edib. Müsabiqəyə təqdim olunan layihələr arasından Xalq artisti Xanlar Əhmədovun layihəsi qalib seçilib. Abidənin önündə Azərbaycan və ingilis dillərində Heydər Əliyev Fondu tərəfindən hazırlanmış müvafiq məlumat lövhəsi quraşdırılıb. Heydər Əliyev Fondu görmə qabiliyyətini itirmiş insanların cəmiyyətə inteqrasiyasını dəstəkləmək məqsədilə lövhədə məlumatı Brayl əlifbası ilə də təqdim edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu