fbpx

Təkrar sertifikatlaşdırmaya əsasən yaranan vakant yerlərə yeni müəllimlər təyin olunudular

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

Təkrar sertifikatlaşdırma nəticələrinə əsasən ibtidai sinif müəllimliyi üzrə yeni yaranan 249 vakant yer müəllimlərin işə qəbulu üzrə müsabiqəyə təqdim edilib və vakansiya seçimi mərhələsində həmin yerlər uyğun olan namizədlər tərəfindən tutulub.

Bu barədə Metbuat.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Əmək müqaviləsinə xitam verilən müəllimlərin əvvəl işlədikləri bir çox müəssisələrdə mövcud müəllim sıxlığı nəzərə alınıb və onların dərs yükləri məktəbdəki digər ibtidai sinif müəllimlərinə verilib. Təhlil nəticəsində bu müəssisələrdə ibtidai sinif müəllimlərinin orta dərs yükünün 19 saatdan 22,5 saata yüksəldiyi müəyyən edilmişdir ki, bu da şübhəsiz ki, həm pedaqoji kadr sıxlığı ilə bağlı gərginliyin aradan qaldırılmasına, həm də dərs yükünün artması ilə əlaqədar müəllimlərin rifahının yaxşılaşdırılmasına xidmət edib.

443 ümumi təhsil müəssisəsi üzrə təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimdən yalnız 264 nəfərinin tam sinif apardığını, qalanlarına isə yığma dərslərin verildiyini nəzərə alsaq, sertifikatlaşdırma mövcud vəziyyətin sağlamlaşdırılmasında pozitiv addım kimi dəyərləndirilməlidir.

Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 ibtidai sinif müəllimi iştirak edib. Prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış 3 mindən çox müəllimin vəzifə maaşına 35, 30-50 bal toplamış 5 mindən çox müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib. Bu isə müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılmasından əlavə həm də onlar arasında sağlam rəqabət mühitinin formalaşmasında son dərəcə böyük rol oynayır.

Rüya tabirlerini burdan oku

Qeyd edilib ki, sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi daşımaqla yanaşı təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində çox əhəmiyyətli nailiyyətlərin əldə olunmasına zəmin yaradır.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Təkrar #sertifikatlaşdırmaya #əsasən #yaranan #vakant #yerlərə #yeni #müəllimlər #təyin #olunudular

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu